Ceyhun Məmmədov – Gələcək inkişafa təkan verəcək yeni mərhələnin başlanğıcı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstana rəsmi səfər çərçivəsində Budapeştdə bir sıra yüksək səviyyəli görüşlər keçirdi. Görüş zamanı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olundu və birgə bəyanatlar səsləndirildi.

Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana səfəri bir çox aspektdən xüsusi əhəmiyyət daşıyır və iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşməsində mühüm rol oynayır.

Bu səfər yalnız ikitərəfli münasibətlərin gücləndirilməsi baxımından deyil, həm də regional və qlobal miqyasda əməkdaşlıq perspektivlərinin genişlənməsi baxımından strateji mahiyyət daşıyır. Macarıstan Azərbaycanın Avropa İttifaqı məkanında ən etibarlı tərəfdaşlarından biri hesab olunur. Ölkələr arasında yaranmış güclü dostluq və əməkdaşlıq əlaqələri zamanla daha da möhkəmlənmiş, xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat, təhsil, mədəniyyət və humanitar sahələrdə ciddi nailiyyətlər əldə edilib. Prezident İlham Əliyevin Budapeştə səfəri bu əlaqələrin gələcək inkişafına təkan verəcək yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

Macarıstan Azərbaycanın, Azərbaycan da Macarıstanın hər zaman yanında olub:

Bu, təkcə diplomatik jest deyil, real siyasi və iqtisadi dəstəklərlə müşayiət olunan münasibətlər sistemidir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlərdə hər iki lider – Prezident İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban strateji əməkdaşlıqla bağlı əhəmiyyətli mesajlar verdilər. Onların bəyanatları yalnız ikitərəfli münasibətlərin möhkəmləndirilməsi deyil, həm də regional və qlobal proseslərdə birgə təşəbbüslərin irəli sürülməsi baxımından mühüm əhəmiyyət kəsb edirdi.

Bütün bu məqamlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin Macarıstana səfəri yalnız rəsmi bir protokol səfəri deyil, iki ölkə arasında strateji ittifaqın dərinləşdirilməsi baxımından ciddi siyasi və praktik nəticələrə malik hadisədir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov

 

Bənzər xəbərlər