Şeyxin səlahiyyətləri azaldıldı

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Əsasnaməsində dəyişiklik edilib.

Axar.az xəbər verir ki, bununla bağlı QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə Qazılar Şurasının bugünkü geniş iclasında bildirib.

O qeyd edib ki, dəyişiklik dini ibadət yerlərinə din xadimlərinin təyin olunması səlahiyyətinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilməsi ilə əlaqədardır.

İndiyə kimi bu səlahiyyət QMİ-də idi.

Bənzər xəbərlər