Azərbaycanda qızıl istehsalı 71 faiz artıb

Cari ilin yanvar-aprel aylarında qızıl istehsalı 71,2 faiz artaraq 1026,3 kiloqram təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, mayın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 66,5 faiz azalaraq 64,5 kiloqram olub.

Bundan başqa, hesabat dövrü ərzində gümüş istehsalı 21,9 faiz artaraq 1372 kiloqram təşkil edib.

Mayın 1-i vəziyyətinə gümüş üzrə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 17,3 faiz artaraq 579,1 kiloqram qeydə alınıb.

Bənzər xəbərlər