Budəfəki hərracda dövlət əmlakı olan 68 nəqliyyat vasitəsi satılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 7 lot üzrə 68 nəqliyyat vasitəsi satılıb.

AZƏRTAC Əmlak Məsələləri Dövlət Xidmətinin yaydığı məlumata istinadla xəbər verir ki, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 51 sifariş qəbul edilib.

Bunlardan 12-si onlayn qaydada həyata keçirilib. Rəqabətli keçən hərracda start qiyməti 18 min 200 manat olan “Otoyol E-2714S” markalı avtobus 20 min manata, 3600 manat olan “Renault Dokker” markalı avtomobil isə 8344 manata satılıb.

Cari ay ərzində növbəti hərraclar mayın 20 və 27-də keçiriləcək.

Bənzər xəbərlər