Bu il dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə daxil olan vəsait 48 faiz artıb

Cari ilin yanvar-aprel ayları ərzində Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən özəlləşdirmə və icarədən dövlət büdcəsinə 66,4 milyon manat vəsaitin ödənilməsi təmin edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,2 faiz çoxdur.

AZƏRTAC xidmətin yaydığı məlumata istinadla xəbər verir ki, qeyd olunan dövrdə 14 hərrac keçirilib. Hərraclarda 4 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 324 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bu ilin ilk 4 ayı ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 123 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron Hərrac” proqram təminatı vasitəsilə 18 onlayn qoşulma reallaşıb.

Cari ilin yanvar-aprel ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 51,6 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,8 faiz çoxdur.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin ilk 4 ayı ərzində 190-ı qeyri-yaşayış, 1254-ü isə torpaq sahələri üzrə olmaqla 1444 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 14,8 milyon manat vəsaitin ödənilməsi təmin olunub, ötən ilin eyni dövrü ilə müqayisədə 19 faiz artım qeydə alınıb.

Bənzər xəbərlər

Kürdə suyun səviyyəsi QALXDI

Bakıda və Abşeron yarımadasında mayın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Redaktor.az-a Milli Hidrometeorologiya Xidmətidən məlumat verilib.

Davamını oxu »