Vəzifədən azad olunmağımı istəmişəm.
Axar.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov istefaya göndəriləcəyi barədə yayılan məlumatlarla bağlı jurnalistlərə açıqlamasında deyib.
“Bu söz-söhbətləri mən də eşitdim. Müxtəlif şeylər yazırlar. Əksinə, mən özüm də vəzifəmdən azad olunmağımı xahiş edirəm. Başqasının öz təşəbbüsləri, öz baxışı olacaq. Ümid edirəm ki, xahişim dəstəklənəcək”, – Kadırov bildirib.