Ukraynada oğurlanan azərbaycanlı iş adamı sərbəst buraxıldı

Ukraynanın Odessa şəhərində oğurlanan azərbaycanlı iş adamı, diaspor nümayəndəsi Vüqar Fərhad oğlu Osmanov bu gün sərbəst buraxılıb.

Redaktor.az “Report”a istinadən xəbər verir ki, həmyerlimiz bu gün axşam saatlarında onu aparan naməlum şəxslər tərəfindən sərbəst buraxılıb.

V.Osmanovun kimlər tərəfindən aparılıb sonradan buraxılması ilə bağlı dəqiq məlumat yoxdur.

Qeyd edək ki, aprelin 16-da 1972-ci il təvəllüdlü V. Osmanov Odessada idman zalından çıxarkən naməlum şəxslər tərəfindən avtomobilə əyləşdirilərək məlum olmayan istiqamətə aparılıb. Ondan sonra Vüqarla heç bir əlaqə olmayıb. Yerli polis dərhal rəsmi axtarışa başlayıb.

Bənzər xəbərlər

Küləklə bağlı XƏBƏRDARLIQ

Mayın 2-4-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Bu barədə Redaktor.az-a Milli Hidrometeorologiya Xidmətindən

Davamını oxu »