Aprelin 26-da 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı paytaxtın Nərimanov rayonu, İzəddin Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində “Ailə park” MTK tərəfindən aparılan söküntü işləri zamanı 15 ağac və kol bitkisinin kəsildiyi, təbiətə 13 min 380 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
İdarənin rəisi Qafar Ağayev AZƏRTAC-a bildirib ki, faktla bağlı akt tərtib olunub.Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır.
“Kəsilmiş ağacların əvəzinə ərazidə yeni yaşıllıqların salınması üçün “Ailə park” MTK-ya tapşırıq verilib”, – deyə o qeyd edib.