Bakı və regionlarda müşahidə edilən küləkli-yağışlı hava şəraitinə görə bəzi sahələrdə qatarların sürət həddi endirilib.
Azərbaycan Dəmir Yolları QSC-dən (ADY) AZƏRTAC-a bildirilib ki, bununla bağlı Abşeron dairəvi, Bakı–Ağstafa–Bakı və Bakı–Balakən–Bakı marşrutları üzrə hərəkət edən qatarların qrafikində qismən kənara çıxma halları ola bilər.
ADY hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir.