AMB: Qlobal iqtisadi artım 0,3 faiz azala bilər

Bəzi böyük dövlətlər tərəfindən həyata keçirilən proteksionist ticarət siyasətləri qlobal iqtisadiyyat üçün risk və çağırışlar yaradır. Qlobal ticarətlə bağlı qeyri-müəyyənliklər, o cümlədən yeni tarif dalğaları formasında təzahür edən ticarət maneələri qlobal iqtisadi artıma mənfi təsir göstərir.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın açıqladığı “Maliyyə sabitliyi hesabatı”nda məlumat verilib.

“Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, böyük iqtisadi güclər arasında bu cür proteksionist siyasətlərin intensivləşməsi qlobal ticarət həcmini azaldacaq və investisiyalara zərər verəcək. Dünya Bankının hesablamalarına əsasən, ABŞ-ın irəli sürdüyü yeni ticarət tarifləri nəticəsində, o cümlədən tərəfdaş ölkələrin müvafiq cavab tədbirləri olarsa, qlobal iqtisadi artım 0,3 faiz azala bilər”, – deyə hesabatda bildirilir.

Bənzər xəbərlər