AMB bank sektorunun likvidlik risklərinin effektiv idarə edilməsi üçün yeni normativlərin tətbiqini planlaşdırır

Ötən il Mərkəzi Bankın təsdiqlədiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində yeni normativin tətbiqinin başlanılması planlaşdırılıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin birinci müavini Əliyar Məmmədyarov maliyyə sabitliyi hesabatına dair keçirilən brifinqdə deyib.

O bildirib ki, bu normativ xalis sabit maliyyələşmə nisbətini tətbiq edir.

“Həmçinin bu istiqamətdə araşdırmalar aparılır. Bu tətbiq bank sektorunun sabit, uzunmüddətli maliyyələşmənin təşviq edilməsi, likvidlik mövqeyinin daha uzunmüddətli planlaşdırılması və bununla da likvidlik risklərini daha effektiv idarə edilməsinə xidmət edəcək”,- deyə o bildirib.

Bənzər xəbərlər