Aprelin 11-də səhər saatlarında Türkiyə paytaxtına yağan qar şəhərin yollarında nəqliyyatın hərəkətini iflic edib.
AZƏRTAC xəbər verir ki, Ankaranın bəzi ərazilərində qar örtüyünün qalınlığı 15 santimetrə çatıb, havanın temperaturu isə mənfi 3 dərəcəyə düşüb.
Ankara valisi Vasip Şahinin qərarı ilə paytaxt bölgəsinin bütün təhsil müəssisələrində birgünlük tətil elan edilib.
Cümə günü əlillər, hamilə qadınlar və 10 yaşınadək uşaqları olan qadınlar üçün dövlət orqanlarında qeyri-iş günüdür.
Güclü külək və leysan yağışları qeydə alınan Türkiyənin bir sıra bölgələrində hava şəraitinin kəskin pisləşməsi qeydə alınıb.
Türkiyənin Meteorologiya İdarəsi ölkənin ümumilikdə 25 şəhəri üçün “sarı” kodlu xəbərdarlıq elan edib.