Cari ilin birinci rübündə Azərbaycandan xarici bazarlara tərəvəz məhsullarının ixracı 5 faizədək artıb

Azərbaycandan xarici bazarlara tərəvəz ixracı davam edir.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkəmizdən ənənəvi xarici bazarlara tərəvəz ixracında ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz artım qeydə alınıb.

Cari ilin yanvar-mart aylarında ümumilikdə 48,030.7 min dollar dəyərində 42,117.7 ton tərəvəz ixrac olunub.

Xarici bazarlara kənd təsərrüfatı məhsullarının, o cümlədən tərəvəz məhsullarının ixracı davam edir.

Bənzər xəbərlər