7-ci ADA Siyasi Forumunun iştirakçıları Xankəndiyə çatıblar

ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə aprelin 8-də Xankəndi şəhərindəki Qarabağ Universitetində “Yeni Dünya Nizamına Doğru” mövzusunda 7-ci ADA Siyasi Forumu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, səhər saatlarında “Yeni dünya nizamına doğru” mövzusunda 7-ci ADA Siyasi Forumunun iştirakçılarının Qarabağa səfəri başlayıb.

Qonaqlar əvvəlcə Füzuli Beynəlxalq Hava Limanına gəliblər.

Sonra Xankəndinə yola düşən qonaqlar burada Qarabağ Universiteti ilə tanış olublar.

Qeyd edək, forumda 44 ölkədən 80-dən çox beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələri iştirak edirlər.

Forum çərçivəsində iki panel sessiya keçiriləcək. Birinci paneldə “Geosiyasi dəyişikliklər və onların regional suverenliyə təsiri” mövzusu müzakirə olunacaq. İkinci panel isə “Yeni dünya nizamı: İqtisadi transformasiya və rəqəmsal inqilabdan gözləntilər” mövzusuna həsr olunub.

Bənzər xəbərlər