Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş – ARAŞDIRMA

ABŞ-nin Nyu-York Universitetinin alimləri müəyyən ediblər ki, havada kükürd dioksidin (geniş yayılmış çirkləndirici) daha az konsentrasiyası əksər hallarda ağır pnevmoniya ilə özünü biruzə verən təhlükəli xəstəlik olan legionellyozun inkişafına kömək edir.

Tədqiqatın nəticələri PNAS (Proceedings of the National Academy of Sciences) jurnalında dərc olunub.

Qeyd olunur ki, ABŞ-də legionellyoza yoluxma hallarının sayı 2000-ci ildə 1100 halla müqayisədə 2018-ci ildə təxminən 10 min haladək yüksəlib. Bu, pnevmoniyanın ağır formasının inkişafı nəticəsində ağciyər toxumasının zədələnməsi ilə özünü göstərən bir xəstəlikdir. Xəstəlik hallarının artmasının səbəblərini müəyyən etmək üçün tədqiqatçılar ölkədə ekoloji vəziyyətin necə dəyişdiyini öyrəniblər. Məlum olub ki, paradoksal olaraq havanın keyfiyyətinin yaxşılaşması ilə legionellyoz daha çox yayılmağa başlayıb.

Alimlər müəyyən ediblər ki, havada olan “Legionella” bakteriyaları suda yaşayır və ətrafdakı havadan SO2 (kükürd dioksidi) udur. Bu çirkləndiricinin havadakı konsentrasiyasının azalması bakteriyaları daşıyan su damcılarının daha turşulu olmasına səbəb olur. Bu mühit “Legionella” üçün əlverişlidir – onlar hava damcılarında daha çox yaşayırlar. Bu, insanın canlı bakteriyaları nəfəsinə çəkməsi və buna görə də, təhlükəli “Legioner xəstəliyinə” yoluxması ehtimalını artırır.

Mənbə: gazeta.ru

Bənzər xəbərlər