Kənd təsərrüfatı təyinatlı torpaqların müəyyən edilməsi meyarları və qaydası təsdiqlənib

Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadəsi mümkün olmayan kənd təsərrüfatı təyinatlı torpaqların müəyyən edilməsi meyarları və qaydası təsdiqlənib.

Aqrarpress.az Nazirlər Kabinetinin 357 №-li Qərarına dair izahı təqdim edir.

Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadəsi mümkün olmayan kənd təsərrüfatı təyinatlı torpaqların müəyyən edilməsi meyarları və Qaydası”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2016-cı il 6 may tarixli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Qanununun icrasının təmin edilməsi məqsədilə qəbul edilib.

Bu Qərarla Vergi Məcəlləsinin 206.1-1-ci maddəsinə uyğun olaraq təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadəsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının müəyyən edilməsi meyarları, eləcə də təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadəsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının müəyyən edilməsi qaydası, həmçinin bu sahədə aidiyyəti dövlət orqanları (qurumları) arasında məlumatların mübadiləsi ilə bağlı məsələlər tənzimlənir.

Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibi Torpaq Məcəlləsinin 12-ci maddəsinə əsasən müəyyən olunur və həmin torpaqlar Torpaq Məcəllənin 13-cü maddəsinə uyğun olaraq kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.

Bənzər xəbərlər

Torpağın özəlləşdirilməsi ilə bağlı yeni təklif”Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və ya kimsə biznes obyekti inşa edib, sonra da onu özəlləşdirmək istəyir. Təbii ki, əvvəlcə torpağın kateqoriyası dəyişdirilməlidir, daha sonra özəlləşdirilməlidir”. İqtisadiyyat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib. O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə üç hava limanı tikilib: “Yenilərinin tikilməsi Azərbaycanın digər ərazilərində nəzərdə tutulur. Xüsusilə nəqliyyat dəhlizlərinin açılması fonunda yeni dəniz limanlarının salınmasına ehtiyac var. Belə olan halda yenə hansısa mülkiyyətçi öz mülkiyyətini olmazın qiymətinə dövlətə təklif etməsin. Əgər bu dövlətin zərurətidirsə, ehtiyacı varsa, dövlət burada Azərbaycanın gələcəyi üçün işlər görürsə, bu, dövlətin müəyyən etdiyi qiymət vasitəsilə dövlət ehtiyacları üçün istifadə oluna bilər. Məsələnin mahiyyəti bundan ibarətdir”.

“Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və

Davamını oxu »