Avropa İttifaqı Gürcüstan, Moldova və Ukraynanın müdafiə qabiliyyətini artıracaq

Avropa İttifaqı Gürcüstan, Moldova və Ukraynaya 50 milyon avro ayırmağa qərar verib.

Bu barədə Aİ Şurasının yaydığı bəyanatda bildirilib.

Məlumata görə, İttifaq Gürcüstan, Moldova və Ukraynaya müdafiə qabiliyyətini, sülhü və daxili sabitliyi dəstəkləmək üçün büdcədənkənar Avropa Sülh Fondundan 50 milyon avrodan çox vəsait ayıracaq.

Qeyd olunub ki, yaxın üç il ərzində Gürcüstan adıçəkilən fonddan 12,75, Moldova 7, Ukrayna isə 31 milyon avro alacaq.

Mənbə: “RİA Novosti”

Bənzər xəbərlər

İqtisadi Şuranın iclası keçirilib

İyulun 10-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib. Aqrarpress.az bildirir ki, Nazirlər Kabinetindən AZƏRTAC-a bildirilib ki, iclasın gündəliyində birinci

Davamını oxu »