40 ildir mexanizator işləyən Sabirabad sakini Gülsura İbadovanın həyat hekayəsi təkcə yaşadığı rayonda deyil, Azərbaycanda da maraqla qarşılanır.
Hər gün səhər saat 07:00-da iş başında olan zəhmətkeş xanım gündəlik 5-7 hektar sahənin məhsulunu yığır.
G.İbadova gənc yaşlarından çox çətinliklərlə üzləşib, böyük əziyyətə qatlaşıb. Amma zəhmətinin bəhrəsini də görüb. Adı-sanı, şöhrəti el-obayla bir olub.
Maksim Qorki “əmək dünyada bütün yaxşılıqların başlanğıcı, bütün sevinclərin mənbəyidir” deyib. Uzun illərdir halal zəhməti ilə həyat sürən Gülsura xanım da gənc nəslə əməyi, torpağı sevməyi tövsiyə edir.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:https://www.youtube.com/embed/2pllt-tALB0