Azərbaycanda qoyunçuluq

Azərbaycanda qoyunçuluq qədim tarixə malikdir

Azərbaycan həm də ən qədim qoyunçuluq ölkələrindən biri kimi tanınır. Azərbaycanın təbii-coğrafı şəraiti bu ərazidə maldarlığın, xüsusilə qoyunçuluğun yaranmasına və inkişafına xüsusi təsir göstərmişdir. Həmin dövrdə Azərbaycanda yaşayan qəbilələrin əkinçilik və heyvandarlıqla məşğul olmaları onların məişətində böyük dəyişikliklərə səbəb olmuşdur. Bu dövrdə insanlar kollektiv şəkildə güzəran keçirsələr də heyvandarlıqda, xüsusilə ona qulluq etməkdə, bəsləməkdə əsas yeri kişilər tutmuşdur.

Minilliklər boyu Azərbaycan xalqı qoyunçuluqla məşğul olmuş və ondan bol məhsul götürmüşlər. Ona görə də qoyuna həmişə qulluq göstərmiş və onun sağlam olmasına çalışmışlar. Lakin hər bir canlıda olduğu kimi, qoyunlarda da bir sıra xəstəliklər olmuş və onlar xalq tərəfindən müalicə edilmişdir. Qoyun xəstəliklərindən ən çox yayılanı qılqurd, dalaq, köpmə, öfkə, qızdırma, dabaq, qotur, gözbozarma, zəhərlənmə və s. göstərmək olar.

Xırdabuynuzlu heyvanları daha da artırmaq və onlardan bol məhsul almaq üçün maldarlar onlara qulluq məsələsinə xüsusi fikir verirdilər. Doğrudur, Azərbaycanın əlverişli təbii-coğrafı şəraiti xırdabuynuzlu heyvanlara o qədər də böyük qulluq göstərməyi tələb etmir.

Cənubi Qafqazda qoyunçuluğun beşiyi sayılan Azərbaycanda onlarla qoyun cinsi olmuşdur. Bu cinslərin əksəriyyəti tarixən yaranmış və inkişaf etmiş cinslərdir. Bu cinslər xarici görünüşü, yununun keyfiyyəti, südü, çəkisi və başqa nişanələrinə görə bir-birilərindən fərqlənir. XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda yetişdirilən müxtəlif qoyun cinsləri əsasən yağlı quyruqlu olub, ətlik, südlük, yunluq və satış üçün istifadə edilmişdir.

Azərbaycandakı qoyun cinsləri bunlardır:

Bənzər xəbərlər

Torpağın özəlləşdirilməsi ilə bağlı yeni təklif”Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və ya kimsə biznes obyekti inşa edib, sonra da onu özəlləşdirmək istəyir. Təbii ki, əvvəlcə torpağın kateqoriyası dəyişdirilməlidir, daha sonra özəlləşdirilməlidir”. İqtisadiyyat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib. O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə üç hava limanı tikilib: “Yenilərinin tikilməsi Azərbaycanın digər ərazilərində nəzərdə tutulur. Xüsusilə nəqliyyat dəhlizlərinin açılması fonunda yeni dəniz limanlarının salınmasına ehtiyac var. Belə olan halda yenə hansısa mülkiyyətçi öz mülkiyyətini olmazın qiymətinə dövlətə təklif etməsin. Əgər bu dövlətin zərurətidirsə, ehtiyacı varsa, dövlət burada Azərbaycanın gələcəyi üçün işlər görürsə, bu, dövlətin müəyyən etdiyi qiymət vasitəsilə dövlət ehtiyacları üçün istifadə oluna bilər. Məsələnin mahiyyəti bundan ibarətdir”.

“Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və

Davamını oxu »