Aqrarpress.az xəbər verir ki, camış qiymətli kənd təsərrüfatı heyvanı kimi yer kürəsinin bir sıra tropik və subtropik yerlərində, xüsusilə Cənub-Şərqi Asiyanın, Cənubi Avropanın bir çox ölkələrində, qismən Amerikanın bataqlıq yerlərində yetişdirilir.
Camışın yetişdirilməsi üçün xüsusi ekoloji şərait tələb olunur. Quraq və soyuq yerlər camış üçün əlverişli deyildir. Buna görə də Azərbaycanda, əsasən Kür, Araz çayları, Alazan və Xəzər dənizi boyunca yerləşmiş rayonlarda yayılmışdır.
Azərbaycanda camış, əsasən aran və qismən dağətəyi rayonlarda yetişdirilir. Azərbaycan camışının təkmilləşdirilməsi və bu əsasda böyük kütlə təşkil edən həmin qiymətli növün cinslərə ayrılması problemi üzərində dərin tədqiqat aparan prof. A. Ə. Ağabəyli camış növünün konstitusiyasını və eksteryerini əsaslı surətdə işləmişdir.
Azərbaycanda camışçılıqla qədimdən məşğul olurlar. Ölkəmizdə əhalinin ət və süd məhsullarına olan tələbatının ödənilməsində camışçılıq mühüm yer tutur. Camış saxlamaqda xalqın yaxşı ənənəsi və təcrübəsi vardır. Olkəmizdə camışçılığın inkişaf etdirilməsi üçün əlverişli şərait- kifayət qədər bataqlıqlar və qamışlıqlar vardır.
Son illərdə ölkəmizdə aparılan aqrar islahatlardan sonra kənd təsərrufatının başqa sahələrində olduğu kimi, camışların baş sayı sabit temple artmağa başlamışdır. Camışların yemə az tələbkar olması, yerli təbii iqlim şəraitinə dözümlülüyü və xəstəliklərə qarşı davamlılığı ilə əhali arasında bu sahənin daha da inkişaf etdirilməsinə meyl artmış və ölkədə camış ətinə və camış südünə tələbat xeyli yüksəlmişdir.
Respublikamızda heyvandarlıq məhsullarının istehsalının artırılmasında başlıca ehtiyyat mənbələrindən biri də camışçılıqdır. Öz bioloji xüsusiyyetlerinə göre camışlar çox su və gölməçələr olan yerlərdə yetişdirilir. Ona görə də onlar hidrofil heyvanlar hesab olunur.
«Azərbaycan» camış cinsi südlük-ətlik istiqamətli olmaqla, özünün bir sıra qiymətli bioloji xüsusiyyetlerinə görə qaramaldan fərqlənir. Camış südünün tərkibindəki yağ faizi inək südündən 2-3 dəfə çox, yəni 8-12 faiz olur. Camış südünün yağlılığı camışların fərdi xüsusiyyəti olub, tarixi inkişaf prosesində yaranmış və genetik cəhətdən möhkəmlənmiş irsi əlamətdir.
Professor A.A.Ağabəylinin rəhbərliyi altında uzun illərdən bəri alim və mütəxəssislərin apardıqları damazlıq seleksiya işləri, yemləmə-bəsləmə şəraitinin yaxşılaşdırılması nəticəsində «Azərbaycan» camış cinsinin həm məhsuldarlığı, həm də eksteryer göstəriciləri xeyli yaxşılaşmışdır.
Ana camışların laktasiya ərzində orta süd məhsuldarlığı 1300-1500 kq, südünün yağlılığı 8-12 faiz təşkil edir. Аna camışların orta diri çəkisi 400-500 kq, törədici kəllərin orta diri çəkisi 800-1100 kq olur. Cavan heyvanların təmiz ət çıxarı 52-56 faiz təşkil edir.
Respublikamızda vətən cinsi sayılan «azərbaycan» camışı təmizlıkdə yetişdirilir.
70-80-ci illərdə «Azərbaycan» camış cinsinin süd məhsuldarlığı yüksəltmək və diri çəkisini artırmaq məqsədilə Bolqarıstan respublikasından gətirilmiş hind mənşəli «Mürrah» cinsli törədicilərlə qanqatma üsulu ilə bir dəfə çarpazlaşdırma tədbirləri həyata keçirilmişdir. Bu yolla alınan mələzlərin süd məhsuldarlığı 20-30 faiz, diri çəkisi 10-15 faiz yüksəlmişdir ki, nəticədə bu mələz heyvanlardan ayrı-ayrı təsərrüfatlarda damazlıq nüvə yaradılmışdır. Burada məqsəd, onların müsbət irsi xüsusiyyetlerini gələcək nəslə daha davamlı keçirən yüksək məhsuldar, yaxşı törəmə qabiliyyətinə malik cins camış naxırı yetişdirməkdir.
Azərbaycanda camışçılığın inkişafında yetişdirmənin 2 üsulundan istifadə olunur:
1. Təmizlikdə yetişdirmə – «Аzərbaycan» camış cinsinə mənsub olan xətt və ölkə fərdlərinin çarpazlaşdırılması . Bu üsulla məqsəd cinsin genetik xüsusiyyətlərindən əldə olunmuş məhsuldarlıq və damazlıq göstəricilərinin yeni nəsildə möhkəmləndirilməsi və təkmilləşdirilməsidir.
2. Cinsarası çarpazlaşdırma – «Аzərbaycan» camış cinsinin Hindistandan gətirilmiş «Mürrah» cinsli camışların törədici kəlləri ilə çarpazlaşdırılması.
Burada məqsəd «Azərbaycan» camış cinsinin süd məhsuldarlığını yüksəltmək olmuşdur .
Lakin, 1996-cı ildə ictimai təsərrüfatlar ləğv edildikdən sonra, bütün camışlar özəlləşdirilmişdir. Camışların 99 faizi fermer və ailə təsərrüfatlarında saxlanılır.
İnək südünün tərkibində quru maddənin miqdarı 12,5 faiz olduğu halda camış südünün tərkibində 17,8 faiz quru maddə vardır.
Camış südünün tərkibi inək südünə nisbətən zəngin olduğuna görə, onun baha qiymətə satılmasına baxmayaraq, əhali camış südündən hazırlanmış məhsulları daha yaxşı alır.
Camış südünün tərkibində yağın inək südünə nisbətən 2 dəfədən çox olması və zülalın, şəkərin və mineral maddələrin miqdarının artıq olması, elece de camış südündən hazırlanmış kərə yağı, qaymaq, qatıq, pendir, xama, süzmə və s.məhsulların dietik əhəmiyyətə malik olması əsas verir ki, yaxın gələcəkdə camış südünün istehsalı və emelı daha da genişləndiriləcəkdir. Camış qatığına .
Camış əti qırmızı ət kimi çox məşhurdur. Onun tərkibində hemoqlobinin miqdarı , malın ətinə nisbətən 2 dəfə çoxdur. Ürək damar xəstəliklərinə düçar olanlar daha çox camış ətindən istifadə edirlər. Camış ətində və qatığında xolesterinin miqdarı çox azdır.
Camış Azərbaycanın qiymətli, əvəz olunmaz genetik fondudur.
Yaxşı bəsləmə şəraitində camış yağlı, zülallı süd, yüksək keyfiyyetli ət məhsuldarlığına, yaxşı balavermə qabiliyyətinə, bir çox xəstəliklərə davamlılığına görə digər heyvan növlərindən fərqlənir. Cavanlar otlaqda və bordaqda intensiv kökəldilərək yüksək çəki artımı verir.
Son illerdə ölkəmizdə aparılan aqrar islahatlardan sonra, camışçılığa münasibət dəyişmiş, onun məhsuldarlığının yüksəldilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilir.
Ölkəmizdə artıq camışçılıqla məşğul olan otuza yaxın kəndli (fermer) təsərrüfatları vardır.
Respublikada camışçılığın daha da inkişaf etdirilməsi ilə əlaqədar 2001-ci ildə ildə Azərbaycan Camışçılarının İctimai Birliyi yaradılmışdır. Camışçılar Birliyinin əsas məqsədi camışçılıqda yaranmış ortaq problemləri həll etməkdən ibarətdir.
Hazırda istehsal olunan camışçılıq məhsulları demək olar ki, daxili bazarın tələbatını tam ödəmir. Bu, hələlik dünya standartlarına cavab verən camış əti və camış südünün emalı texnologiyalarının olmamasından, məhsulun çeşidinin qıtlığından, qablaşdırılmasından və s. amillərdən irəli gəlir.
Ceyhun Məmmədov: Azərbaycan COP29-da yüksək peşəkarlıq və fədakarlıq göstərdi
Azərbaycanın COP29-a ev sahibliyi etməsi olduqca önəmli bir məsələ idi. Çünki belə bir tədbirin Azərbaycanda keçirilməsi Azərbaycanın nüfuzunun artması demək idi. Azərbaycan bunu bacardı. Çünki